VİZA DƏSTƏYİ

Viza dəstəyi giriş üçün viza tələb olunan ölkələrə istirahət, işgüzar və s. məqsədlərlə səyahət etməyi planlaşdıran şəxslərin səyahət agentliyindən əldə edə biləcəyi xidmətlərdəndir. Hər bir şəxs özü hər hansı bir ölkənin müvafiq qurumuna internet resursları vasitəsi ilə viza əldə etmə sorğusu ilə müraciət edə bilər. Lakin əcnəbi dildə onlarla səhifəlik sorğu blankının dəqiqliklə doldurulması və konsulluq səlahiyyətliləri ilə görüş növbəsinə yazılmaq üçün anbaan diplomatik orqanın saytının izlənilməsi kimi ciddi vaxt və diqqət tələb edən bu prosesi turistlərin mütləq əksəriyyəti səyahət agentliyinə həvalə edirlər.

 

Agentliyimizin peşəkar menecerləri qeyd edilən prosesləri operativ şəkildə və dəqiqliklə idarə etməklə yanaşı Sizi səyahət etmək istədiyiniz ölkənin konsulluğu tərəfindən hansı hallarda viza verilməsindən imtina edilə biləcəyi, müsbət cavab ala bilmək üçün tələblər və konsulluq səlahiyyətlilərinin həssas yanaşdıqları məqamlar barədə ətraflı məlumatlandıracaqdır. Bütün bunlar mümkün olan ən qısa müddətdə viza əldə etməyinizi asanlaşdıracaqdır.