TURPAKETLƏR

Səyahətlə bağlı bir sıra işlərin (aviabiletlərin əldə edilməsi, mehmanxana yerlərinin rezerv edilməsi və s.) bilavasitə turistlərin özü tərəfindən həyata keçirilməsi imkanları günbəgün artır. Belə bir durumda nə üçün səyahət agentliyinə müraciət etməliyəm sualı, təbii ki, səyahətə hazırlaşan əksər insanların ağlından keçən bir sualdır. Səyahət agentliklərinin xidmətlərindən yararlanmağı şərtləndirən başlıca amilləri aşağıdakı kimi sıralaya bilərik:

1. Dünyanın müxtəlif yerlərinə ən uyğun uçuş marşrutunun peşəkar menecerlər tərəfindən seçilməsi və idarə edilməsi. Doğrudur, istənilən şəxs öz ödəmə kartı ilə istənilən aviaşirkətin reyslərinə aviabilet rəsmiləşdirə bilər. Lakin rəsmiləşdirildikdən sonra aviabiletin (uçuş tarixinin və s. detalların) dəyişdirilməsi, qaytarılması və ləğv edilməsi aviadaşıyıcılar tərəfindən tətbiq edilən mürəkkəb qaydalar toplusuna əsasən həyata keçirilməli olduğuna görə bu qaydaların bilavasitə sərnişinlər tərəfindən öyrənilməsi və müvafiq addımların atılması olduqca çətin bir prosesdir. Aviadaşıyıcılara əcnəbi dillərdə yazılı və şifahi müraciət etmək zərurəti də sərnişinlərə əlavə çətinlik yaradan məqamlardandır.

2. Dünyanın istənilən məntəqəsində mehmanxana tipli yerləşmə yerlərinə ən münasib qiymətə rezervasiyaların edilməsi də turistlərin çətinlik çəkdiyi xüsuslardandır. Özəlliklə, ilk dəfə səyahət etdikləri destinasiyalarda eyni ulduz kateqoriyasına aid olan hotellər arasında seçim etməkdə tərəddüd edən turistlərimiz vaxtaşırı olaraq infoturlarda iştirak edib həmin hotellərdə qarşılaşdıqları şəxsi təcrübələrini onlarla bölüşməyə hazır olan turmenecerlərimizin konsultasiyasından yararlana bilərlər. Səyahətin başlamasına qısa bir müddət qalmış planları pozulan turistlər də özləri tərəfindən edilmiş online rezervasiyalardan fərqli olaraq bu halda hotel, yaxud sayt administrasiyası ilə birbaşa əlaqə qurmaq, dəyişdirilmə və ya qaytarılma ilə bağlı çətinliklərlə üzləşməyəcək, bu xüsuslarda tərəfimizdən peşəkar dəstəklə təmin ediləcəkdir.

3. Viza dəstəyi. İstirahət və işgüzar səyahətlər üçün viza tələb olunan, xüsusən, viza əldə edilməsi kifayət qədər çətin və mürəkkəb bir proses olan ölkə və regionlara turistlərin bilavasitə viza əldə etməyə sərf edəcəyi vaxtın bir çoxlarınız üçün puldan daha dəyərli olduğunu bilirik. Bunu nəzərə alaraq Sizdən sadəcə lazım olan sənəd və məlumatları təqdim etməyinizi rica edir, konsulluq xidmətinə təqdim ediləcək ərizənin doldurulmasından, görüş üçün vaxtın izlənilib seçilməsinədək sizə operativ dəstəyimizi təklif edir, sizi Şengen ölkələrinə, ABŞ, Birləşmiş Krallıq və s. ölkələrə giriş üçün tələb olunan maliyyə vəziyyəti ilə bağlı tələblər və imtinaya əsas ola biləcək hallarla bağlı ətraflı məlumatlandırırıq.

4. Səyahət sığortası. Səyahət müddətində qarşılaşa biləcəyiniz zərərçəkmə halları ilə bağlı narahatlığınıza da əsas yoxdur. Belə hallarda qarşılaşa biləcəyiniz ciddi zərərlərin tövsiyə etdiyimiz səyahət polisi sayəsində cüzi sığorta ödənişləri qarşılığında tam və ya qismən kompensasiya edilməsindən yararlana bilərsiniz.

5. Yerüstü transfer. Yəqin ki, bəziləriniz xüsusilə ilk dəfə səyahət etdiyiniz ölkədə aeroportdan çıxdıqda bəs mehmanxanaya necə gedim deyə sual qarşısında qaldığınız halları xatırlayırsınız. Etiraf etməliyik ki, dünyanın bir çox ölkələrində taksi xidmətlərinin qiyməti ölkəmizdə olduğundan fərqli olaraq yüksəkdir. Etibarlı partnyorlarımızın təşkil etdiyi qrup və individual transfer (aerportdan hotelə, hoteldən aeroporta, şəhərdaxili daşıma, gəzinti və s.) xidmətlərindən yararlanmaqla həm vaxtınıza, həm də pulunuza qənaət edəcəksiniz.

6. Korporativ səyahət və qrup halında ezamiyyətlərin təşkili. Müəssisənizin mütəmadi səfərlərini yüksək peşəkarlıqla təşkil edə biləcək menecerlərimiz yalnız akkreditə olunmuş səyahət agentlərinin təxsis edə və rəsmiləşdirə biləcəyi qrup rezervasiyaları və turlarını korporativ endirimlərlə ən münasib qiymətə sizə təklif edəcəkdir.