SƏYAHƏT SIĞORTASI

Səyahət sığortası turistlərin baqajın itirilməsi zamanı kompensasiya əldə edə bilməsi, gərəkli olduğu halda tibbi xidmətlərdən yararlanma və s. faydaları özündə ehtiva edən bir sığorta müqaviləsi formasıdır. Xüsusən, yaxın tarixdə yaşadığımız pandemiya şəraitində əhəmiyyəti qat-qat artan bu xidmət növünə tələbat da artmışdır. Digər turizm xidmətlərində olduğu kimi məqsədəuyğun sığortaçının və sığorta məhsulunun seçilməsi də turistlərin səyahət agentlərinə həvalə etdiyi xüsuslardandır.

 

ZD TRAVEL yerli və beynəlxalq sığortaçı partnyorları ilə birlikdə Sizə səyahətlərinizin maksimum dərəcədə güvənli təşkili üçün çoxillik uğurlu təcrübəsindən yararlanmağı təklif edir.