SAĞLAMLIQ TURLARI

Sağlamlıq turizmi müasir dünyada təbii rekreasiya mənbələrinin yerləşdiyi müalicə və reabilitasiya mərkəzləri başda olmaqla sağlamlıqla bağlı müxtəlif növ problemlərin həllində mühüm rol oynayan mərkəzləri əhatə edir. Ölkə daxilində dünyaca məşhur Naftalandan yaşlı nəslin unudulmaz xatirələrinə həkk olunan Minvod sanatoriyalarına, Çexiyanın Karlovı Varı sanatoriyalarından Hindistanın Qoa əyalətindəki möhtəşəm guşələrədək dünyanın istənilən sanatoriya və sağlamlıq mərkəzlərinə rezervasiyaları büdcəsinə uyğun qiymətlərlə əldə edə bilərsiniz. Etibarlı turoperator tərəfdaşlarımızla birlikdə sərfəli qiymətə sağlamlığınızın qeydinə qala biləcəyiniz, eyni zamanda vaxtınızın əyləncəli keçə biləcəyi bir turpaket hazırlayacağımıza əmin ola bilərsiniz.

Həmçinin, müasir dövrdə tibbin müxtəlif sahələrinin inkişafı ilə tanınan klinikaların yerləşdiyi şəhərlərə müalicə məqsədli səyahətlər də populyarlığı artmaqda və coğrafiyası genişlənməkdə olan bir sağlamlıq turizmi istiqamətidir.

Turistlərimiz özləri və həkimləri tərəfindən müəyyənləşdirilən istiqamətlərlə yanaşı, menecerlərimiz tərəfindən tövsiyə edilən sanatoriyalara turpaketləri də əlverişli şərtlər və sərfəli qiymətlərlə bizdən əldə edərək geri dönüşdə məmnuniyyətlərini ifadə edirlər.