OTELLƏR

Online bookinq saytları var ikən nə üçün səyahət agentliyinə müraciət edək? Bu sualınızı aşağıdakı təkliflərimizlə cavablandıra bilərik:

1. Mütəmadi olaraq infoturlarda iştirak edərək tərcih etməkdə tərəddüd etdiyiniz hotellərlə yaxından tanış olan peşəkar heyətimiz onları sizə saytlardakı şəkil və təsvirlərdən daha canlı və səmimi bir şəkildə təqdim edəcəkdir;

2. Onlarla, bəzən hətta yüzlərlə seçim arasından büdcənizə və xəyalınızdakı səyahət planına ən uyğun olan hoteli seçmək sizin üçün çətin ola bilər, ancaq biz sizə məmnuniyyətlə yardım edəcəyik;

3. Yüksək doluluqla müşayiət olunan mövsümlərdə qarşılaşa biləcəyiniz problemləri birbaşa hotel və ya sayt administratorları ilə (bəzən bunun üçün əcnəbi dildə şifahi və ya yazılı müraciət tələb edilə bilər) sizin yerinizə biz müzakirə və həll edəcəyik;

4. Turagentlərə verilən endirimlər sayəsində sizin bilavasitə müştərilər üçün nəzərdə tutulmuş saytlardan əldə edə bilməyəcəyiniz endirimlərlə də səyahətinizin sərfəli olmasını təmin edəcəyik;

5. Əgər bal ayına, yaxud azyaşlı uşaqlarınızla səyahətə çıxırsınızsa, qalacağınız hotellərdə ailə üzvlərinizə eksklüziv sürprizlərin təşkilinə nə deyirsiniz?!