KRUİZ

Gəmi ilə səyahət istirahət və macəra konseptli səyahətlərin ən maraqlı növlərindən biridir. Günümüzdə daha da əyləncəli və ekstravaqant hal alan kruiz səyahətlərinin populyarlığı durmadan artır. Bunun səbəblərindən biri kimi bu səyahətlərin qiymətinin lüks mehmanxana tipli yerləşmə yerlərində qonaqlama ilə müqayisədə aşağı olması göstərilir. Digər səbəblər arasında təbiətin qoynunda istirahətin fiziki və emosional sağlamlığa töhfəsini, qapalı mühitdə yeni münasibətlər və dostluqlar qurmaq fürsətini və s. vurğulamaq olar.

 

ZD TRAVEL etibarlı partnyorları ilə birlikdə dünyanın istənilən yerinə təşkil edilən kruiz turlarından yararlanmağı Sizə təklif edir. Ən münasib seçimin edilməsini təcrübəli səyahət məsləhətçilərimizə həvalə edə bilərsiniz.