AVİABİLETLƏR

Agentliyimizdən aviabilet əldə etmək sizə nə qazandıracaqdır?

1. İstənilən aviadaşıyıcının reyslərinə ayrı-ayrı saytlara baxmağa vaxt itirmədən ən uyğun marşrutun seçilməsi;

2. Əlavə baqaj, spesifik qida, daha rahat yer seçimi, ev heyvanlarının daşınması və s. onlarla əlavə xidmətin çətinlik çəkmədən rəsmiləşdirilməsi;

3. Tariflərin tətbiq edilməsinə dair aviadaşıyıcıların mürəkkəb qaydaları ilə bağlı çaşqınlıq yaşamadan aviabiletin tarixinin dəyişdirilməsi, sərnişinin adının, yaxud soyadının korrektə edilməsi, aviabiletin dəyərinin tam və ya qismən qaytarılması;

4. Aviaşirkətlərin loyallıq (bonus) proqramları çərçivəsində hesabların açılması, millərin (balların) izlənilməsi və onlardan istifadə edilərək premial (ödənişsiz) aviabiletlərin rəsmiləşdirilməsi;

5. Müəssisəmizin daimi müştəriləri üçün endirimləri;

6. Korporativ müştərilər üçün endirimlərdən yararlanma fürsəti.