zdravel

Şirkət

ZD TRAVEL

Haqqımızda

   ZD TRAVEL Azərbaycanın turizm sahəsində ən öndə gedən agentliklərindən biri olaraq hər zaman öz mövqeyi və missiyası ilə seçilmişdir. Uğurlu biznesin ən önəmli göstəricisinin dinamik mənfəət artımı deyil, müştəri məmnuniyyəti olduğu ideyasını dəstəkləyən Şirkətimiz 2002-ci ildən bu günədək məhz bu prinsiplə öz xidmətlərini müştərilərinə təqdim etməyə davam edir.

  Şirkət rəhbərliyi və kollektivi bütün müştəri seqmentləri üzrə azad bazar iqtisadiyyatının imkanları çərçivəsində xidmətlərinin keyfiyyət səviyyəsinin yüksəldilməsi üçün səylərini əsirgəmir. Yerli və xarici tərəfdaşlarımızın sayını artırmaq və onlarla əməkdaşlığı gücləndirməkdə başlıca məqsəd həm pərakəndə, həm də korporativ müştərilərimizin maraq və tələblərinin mümkün olan ən yaxşı şəkildə təmin edilməsinə nail olmaqdır.

ZdTravel
ZdTravel
ZdTravel
ZdTravel
ZdTravel

Məqsədimiz

  “ZD TRAVEL” şirkətinin fəaliyyətinin əsas məqsədi ölkə daxilində və həmçinin, yaxın gələcəkdə ölkədən xaricdə də həm pərakəndə, həm də korporativ müştərilərə keyfiyyətli və sərfəli turizm xidmətlərini təqdim etməkdir. Şirkət bu məqsədini həyata keçirmək üçün bütün imkanlarını səfərbər edərək texnologiyanın ən son yeniliklərindən faydalanır. Müştərilərə xidmətin satışın baş tutması ilə başa çatmadığı prinsipi ilə çalışan kollektivimiz müştərilərimizə aviareyslərə onlayn qeydiyyat, aviareyslərin ləğv edilməsi və ya tarixinin dəyişdirilməsi ilə bağlı məlumatlandırma, transfer və check-in öncəsi yoxlama, overbooking və s. hallarda müştərilərin operativ şəkildə qonaqlama yeri ilə təmin edilməsi kimi xidmətlərimizi yüksək səviyyədə və təchizatçılar tərəfindən əlavə ödəniş tələb edilmədiyi hallarda ödənişsiz həyata keçirəcəkdir.

Heyətimiz

  İstənilən xidmət sahəsində gülərüz və peşəkar kollektiv uğurun başlıca amillərindəndir. Müştəri məmnuniyyətini öz fəaliyyətində əsas prinsiplərdən biri kimi qəbul edən şirkətimizin həm satış departamenti, həm də digər əməkdaşları müştərilərə günün istənilən vaxtında, azərbaycan, rus və ingilis dillərində xidmət göstərir. Avtomatlaşdırılmış Təxsisetmə Sistemləri və turoperatorların, habelə, digər təchizatçıların onlayn rezervasiya sistemlərindən yüksək səviyyədə istifadə bacarıqlarına sahib olan əməkdaşlarımızın müştərilərimizə və potensial alıcılarımıza operativ xidmət üçün əlindən gələni əsirgəmədiyinə əmin ola bilərsiniz. 24/7 fəaliyyət göstərən satış departamentimizin başlıca hədəfi müxtəlif əlaqə vasitələri ilə bizə yönləndirdiyiniz sorğuları mümkün olan ən qısa müddətdə cavablandıraraq tələblərə ən uyğun, ən sərfəli təklifləri irəli sürməkdir.

Partnyorlar

  Turizm sferasında agentlik fəaliyyətinin əsas prinsiplərindən biri də ən etibarlı və ən peşəkar operatorlar, təchizatçılar ilə əməkdaşlıq prinsipidir. Nəzərə alsaq ki, agentlik fəaliyyəti təchizatçıların xidmətlərinin müştərilərə təqdim edilməsindən ibarətdir, bu halda partnyor seçiminin əhəmiyyəti hər kəsə aydın olar. Biz də müştərilərə xidmətin bizə aid olan mərhələləri (rezervasiya, rəsmiləşdirmə, ödəniş və s.) ilə yanaşı xidmətin bilavasitə həyata keçirilmə mərhələlərinin də (aviadaşıma, mehmanxana otaqlarında yerləşdirilmə, yerüstü transfer, vizaların əldə edilməsi və s.) təhlükəsiz və arzuolunan səviyyədə təşkilinə nail olmaq üçün “ən yaxşı”larla tərəfdaşlığa üstünlük veririk. IATA akkreditasiyasına sahib olan bir agentlik olaraq Azərbaycan bazarında bilavasitə, yaxud tərəfdaşlıq müqavilələri əsasında sərnişin aviadaşımalarının təşkili ilə məşğul olan bütün aviaşirkətlərin (o cümlədən, AZAL, THY, Aeroflot, Ukrayna Hava Yolları, Cənub Çin Havayolları, Lufthanza Group, Air France və s. onlarla aviadaşıyıcının) reyslərinə təxsisetmələrin birbaşa aparılması imkanı, həmçinin, həmin aviaşirkətlərlə müxtəlif səviyyələrdə yaxın dostluq və tərəfdaşlıq münasibətləri sayəsində müştərilərimizə daha operativ və daha sərfəli xidmət təqdim edə bilirik.