TRANSFER

Həm individual, həm də qrup transfer xidmətləri turistlərin rahatlığını təmin edən xidmətlərdəndir. Əsasən, komforta və vaxta qənaətə önəm verən müştərilər üçün nəzərdə tutulan individual transferlərdə müştərilər aeroportdan hotelə və ya istənilən ünvana müxtəlif növ komfortlu avtonəqliyyat vasitələri ilə daşınır. Qrup transferləri isə ekonom büdcə ilə səyahət edən turistlərin aerportdan qonaqlama məntəqəsinə və ya əks istiqamətə sərfəli qiymətə çatdırılmasını təmin edir.

Dünyanın istənilən yerində taksiyə xərcləyəcəyiniz vəsaitə və itirəcəyiniz vaxta qənaət edərək aeroportda qarşılana, komfortlu nəqliyyat vasitələri ilə gedəcəyiniz ünvana, həmçinin, geri dönüşünüzdə aerporta çatdırılma xidmətimizdən yararlana bilərsiniz.